BAKI, 4 noyabr — Sputnik. Azərbaycanda keçiriləcək seçkilərdə səsvermə qaydası dəyişdiriləcək.
Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 104.7-ci bəndi ləğv edilir.
Hazırki qanunvericiliyə görə, (104.7-ci maddə) məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır.
Təklif olunan dəyişiklikdə isə 104.7-ci bənd ləğv edilir.
Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.