BAKI, 4 noyabr — Sputnik. Hindistanın cənubundan yağan aramsız leysan yağışları insanların ölümünə səbəb olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, leysan yağışları zamanı 10 nəfərdən çox adam ölüb.
NDTV telekanalına görə, on minlərlə insan Tamil Nadu əyalətində yaradılmış xüsusi düşərgələrə sığınıb.
Oktyabrın 31-də güclü yağışlar səbəbilə məktəblər bağlanıb. Yağışlar nəqliyyatın hərəkətində də məhdudiyyətlərin yaranmasına səbəb olub.