BAKI, 4 noyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı planına əsasən, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “N” saylı hərbi hissədə döyüş atışlı təlim keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib.