Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı sakini 10 manatın qurbanı oldu

CC BY 2.0 / Lucia Sanchez / KnifeНож, фото из архива
Нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda taksi sürücüsü sərnişini pul vermədiyinə görə bıçaqlayıb

BAKI, 4 noyabr — Sputnik. Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Şərifov Seymur Niyaz oğlu taksi sifariş edərək sürücüyə onu yaşadığı Nərimanov rayonuna aparmasını xahiş edib.

S.Şərifov yaşadığı evə gələrkən taksi sürücüsü 10 manat ödəməsini tələb edib. Lakin sərnişin bu qədər pulu olmayacağını bildirdikdə tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Şərifov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Zərərçəkmiş bunu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilmə zamanı bildirib.

Fakt araşdırılır.

Xəbər lenti
0