BAKI, 4 noyabr — Sputnik. ABŞ-ın texnologiya nəhəngi "Apple" korporasiyası bu ilin iyul-sentyabr aylarında keçən ilin eyni dövrünə nisbətən xalis mənfəət və gəlirinin artdığını açıqlayıb.
Sputnik Azərbaycan "Bloomberg"ə istinadla xəbər verir ki, bu ilin 3-cü rübündə "Apple"nin gəlirləri 12,2% artaraq 52,58 milyard dollar təşkil edib. Xalis gəliri isə 18,9% artaraq 10,71 milyard dollar olub.
"Apple" ümumi gəlirinin 62 faizini xarici satışlardan əldə edib.
3-cü rübdə şirkətin "iPhone" satışları 2,5 faiz artaraq 46 milyon 677 minə, "iPad" satışları isə 11,4 faiz artaraq 10 milyon 326 minə çatıb.