CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan qadınlarının inkişafına yardım edəcək daha bir layihə başa çatdı

© Sputnik / Irade JELIL“WoWoman in Me”
“WoWoman in Me” - Sputnik Azərbaycan
Abunə olmaq
“WoWoman in Me” intensiv liderlik və mentorluq proqramının bağlanış konfransı keçirilib

BAKI, 4 noyabr — Sputnik. Bu gün "WoWoman" Azərbaycan qadınlarının inkişaf platformasının ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “WoWoman in Me” 6 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış konfransı baş tutub. “WoWoman in Me” proqramının məqsədi xanımlara öz xəyallarını müəyyən etmək və onları həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdır. Bu proqram çərçivəsində "WoWoman Azərbaycan platforması" 50 xanıma liderlik keyfiyyətlərini öyrədib və onları fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürüb. 

Platformanın təsisçisi Zara Hüseynova çıxışı zamanı bildirib ki, bu proqram Harvard, Stenford, Massaçusets Texnologiya İnstitutu (MIT) da daxil olmaqla, TED konfranslar, tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil edilib və bu, platformanın bu günə qədər həyata keçirdiyi ən böyük layihədir.

Tədbirin xüsusi qonağı "Google" şirkətinin rəsmisi Nina Levçuk cəmiyyətin inkişafında mentorluğun rolundan danışıb. Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis isə stereotiplərdən azad olaraq, gələcəyi dəyişdirməyin mümkünlüyünü vurğulayıb. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə söbə müdiri Karolina Savec öz təcrübəsinə əsaslanaraq karyera qurmaqda kömək ola biləcək vasitələrdən, xüsusi ilə çevrənin formalaşmasından danışıb. 

Panel müzakirələri “Qadınların inkişafında qeyri-formal təhsilin rolu” və “Qadın sahibkarların biznes dünyasında əhəmiyyəti” mövzularının əhatə edib. 

Tədbirdə daha sonra "WoWoman" platformasının 2018-ci il üçün planları açıqlanıb, məktəblərdə, universitetlərdə, xüsusən də regionlarda keçirmək istədikləri təlimlər haqqında məlumat verilib. 

"WoWoman" platforması Azərbaycanda 2.5 il öncə yaranıb və genişlənərək 50+ qadını birləşdirən komandaya çevrilib. Bu komanda tərəfindən 125-dən artıq tədbir, təlim, seminarlar təşkil olunub, İT və sahibkarlıq da daxil olmaqla 25 proqram, yoqa və psixologiya kursları həyata keçirilib. "WoWoman" hazırda Pakistan, Ukrayna, Belarus da daxil olmaqla bir neçə xarici ölkədə fəaliyyət göstərir.

Xəbər lenti
0