Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Beş ölkənin xilasediciləri Bakı platformasındakı yanğını söndürüblər

Abunə olmaq
“Xəzər-2017” xilasedicilərin birgə təliminə Xəzəryanı beş ölkədən 1500 yanğınsöndürən, xilasedici və 300-dən artıq texnika cəlb edilib. Sputnik Azərbaycan-ın müxbiri təlimləri izləyib.

"Xəzər-2017" nəhəng beynəlxalq təlimlərin praktiki hissəsinə noyabrın 2-də Bakıda start verilib. Bu gün isə təlimlər Xəzər dənizinin cənub-qərbində, Azərbaycanın ərazi sularında davam etdirilib.

Dəniz gəmisinin qəzaya uğraması zamanı zərərçəkənlərin xilas edilməsi, yanğının nəticələrinin aradan qaldırılması və neft sızmasının lokallaşdırılması manevrlərində 5 helikopter, 2 təyyarə və yüzlərlə xilasedici iştirak edib.

Xəbər lenti
0