ELM

Xeops ehramında sərnişin təyyarəsi böyüklüyündə otaq aşkarlandı

CC0 / jma659 / CheopsMisirdəki Xeops ehramı
Misirdəki Xeops ehramı - Sputnik Azərbaycan
Abunə olmaq
200 yerlik bir sərnişin təyyarəsi ya da ABŞ-da yerləşən "Azadlıq heykəli" böyüklüyündə olduğu bildirilən ən az 30 metr uzunluğunda olan bu otaq 4500 ildir əl dəyilməmiş vəziyyətdə dayanır

BAKI, 3 noyabr — Sputnik. Misirdəki Xeops ehramının ortasında sərnişin təyyarəsi böyüklüyündə bir otaq aşkarlanıb.

Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, Fransa və Yaponiyadan olan elm adamlarının açıqladığı bu otaq piramidaların sirrini daha da artırır. Amma bəzi misirli alimlər isə bu otağın piramidaların necə tikildiyini ortaya qoya biləcəyini deyir.

Mirələm Musazadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hər kəsi əfsunlayan Bakı sakini bir möcüzə gözləyir

İki il ərzində aparılan araşdırma nəticəsində tapılan bu otağın içərisində hələ ki, bir şeyin olub-olmadığı bilinmir. 

Kral Xeopsun şәrәfinә inşa edilmiş 4 min 500 illik әsәrin bu günәdәk sadәcә 3 otağı kәşf edilmişdi. Bu tapıntı ilə otaqların sayı 4-ə çatıb.

200 yerlik bir sərnişin təyyarəsi ya da ABŞ-da yerləşən "Azadlıq heykəli" böyüklüyündə olduğu bildirilən ən az 30 metr uzunluğunda olan bu otaq 4500 ildir heç bir şəkildə əl dəyilməmiş vəziyyətdə dayanır.

Alimlər böyük piramidada başqa otaqların olduğunu təxmin etdiklərini, lakin, heç bu qədər böyüyünü düşünmədiklərini deyirlər.

139 metr uzunluğunda və 230 metr enliyində olan Xeops ehramının necə inşa edildiyi barədə dəqiq məlumat yoxdur.

Kembric Universitetinin akademiki Kate Spencerin fikrincə, böyük otaq, piramidaların tikintisində istifadə edilən böyük qayaların içəriyə necə salındığını açıqlaya bilər.

Xəbər lenti
0