Açıqlama gəldi: Noyabrın 6-dək...

© Sputnik / Murad OrujovГорожане на одной из центральных улиц Баку
Горожане на одной из центральных улиц Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik əhalini xəbərdar edir

BAKI, 3 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

На Баку обрушился ливень - Sputnik Azərbaycan
Noyabrda hava necə olacaq - proqnoz açıqlandı

Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 16-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında çiskin olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0