Terrorçulara qarşı daha bir əməliyyat: ölən və yaralananlar var

Abunə olmaq
Bölgədə genişmiqyaslı əməliyyat davam edir

BAKI, 3 noyabr — Sputnik. Türkiyənin Diyarbəkir vilayətində polis PKK terrorçularına qarşı xüsusi əməliyyat keçirib. Silahlılarla atışma zamanı bir polis şəhid olub, 9 polis yaralanıb, 1 terrorçu isə məhv edilib.

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, antiterror əməliyyatı PKK üzvlərinin toplaşdığı mənzildə keçirilib. Bölgədə genişmiqyaslı əməliyyat davam edir.

Qeyd edək ki, dünən də PKK-ya qarşı əməliyyat keçirilmiş, xeyli sayda terrorçu məhv edilmişdi.

Xəbər lenti
0