CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkilləri üçün yeni problem: İndi MSK...

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
MSK deputatın özü səs vermədikdə, etik davranış qaydalarını pozduqda və bəzi digər hallarda onun mandatdan məhrum edilməsi məsələsini qaldıra və Milli Məclis üzvünü cəzalandıra biləcək

BAKI, 3 noyabr — Sputnik. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (MSK) deputatın mandatdan məhrum edilməsi ilə bağlı əlavə səlahiyyətlər verilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, MSK deputatın özü səs vermədikdə, etik davranış qaydalarını pozduqda və bəzi digər hallarda onun mandatdan məhrum edilməsi məsələsini qaldıra və Milli Məclis üzvünü cəzalandıra biləcək.

“Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun qəbul edildikdən sonra Seçki Məcəlləsində bu dəyişikliyə ehtiyac yaranıb. Milli Məclisin İntizam Komissiyası məsələyə baxıb rəy verdikdən sonra MSK-ya göndəriləcək” — deyə xəbərdə bildirilir.

MSK həmçinin, deputat həmkarının yerinə səs verən Milli Məclis üzvünü də mandatdan məhrum edə biləcək.

Xəbər lenti
0