CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə müsabiqə elan edib

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidYazı
Yazı - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqəyə təqdim edilən araşdırmalar əvvəllər eynilə heç bir yerdə nəşr edilməməlidir

BAKI, 3 noyabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsis etdiyi "İşıq-qadın" jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyətə işıq saçan qadınlar" adlı araşdırma-yazı müsabiqəsi elan edir. Sputnik Azərbaycan xəbər verir ki, Cümhuriyyətin 100 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əsas alaraq təşkil edilən bu müsabiqə Cümhuriyyətin quruluşunda rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, eyni zamanda hələ də araşdırılmamış arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyır.

Təqdim ediləcək yazılar aşağıdakı mövzuları əhatə etməlidir:

Cümhuriyyətə qədərki yaxın dövrdə Azərbaycan qadınlarının fəaliyyəti:

Qız məktəbləri

Qadın xeyriyyə cəmiyyətləri

Qadın mətbuatı ("İşıq" qəzeti və qəzetin ətrafındakı ziyalı qadınlar)

Cümhuriyyət dövrü:

Konkret faktlar əsasında ictimai fəaliyyətdə, dövlət müəssisələrində, siyasət, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində aktiv qadınlar

Cümhuriyyətin süqutundan sonra:

Repressiya dövründə təqiblərə, həbslərə, sürgünlərə məruz qalan Azərbaycan qadınlarının həyat və fəaliyyəti

Müsabiqəyə təqdim edilən araşdırmalar əvvəllər eynilə heç bir yerdə nəşr edilməməlidir.

Yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilməsi tam anonim şəkildə aparılacaq və ilk 3 yeri tutanlar Komitə və "İşıq-qadın" jurnalının təsisçisi MİMTA Fondu tərəfindən pul mükafatı ilə mükafatlandırılacaq. Bundan əlavə, müsabiqəyə qəbulu təsdiq edilən bütün yazıların müəlliflərinə müvafiq hədiyyələr təqdim ediləcək.

Yazıların son təqdim edilmə tarixi 31 dekabr 2017-ci ildir. Yazıları info@isiqqadin.az e-ünvanına göndərməyiniz xahiş olunur.

Xəbər lenti
0