Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hər il bu bəladan 1,3 milyon adam ölür

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilir ki, 2016-cı ildə 1,76 milyon insan, 2015-ci ildə 1,1 milyon hepatit C-dən müalicə alıb

BAKI, 3 noyabr — Sputnik. Dünya Səhiyyə Təşkilatı Dünya hepatit sammiti ərəfəsində hesabatı açıqlayıb. Hesabata görə, son iki ildə 3 milyon adam Hepatit C-dən müalicə alıb və 2,8 milyon adam Hepatit B-yə qarşı müalicəyə başlayıb.

Məlumata görə, hər il dünyada 1,3 milyon insan hepatitdən ölür və 325 milyon insan hepatitdən təsirlənir. Bildirilir ki, 2016-cı ildə 1,76 milyon insan, 2015-ci ildə 1,1 milyon hepatit C-dən müalicə alıb.

Hesabatda qeyd edilir ki, hepatit B peyvəndinin vurulmasının artırılması 2015-ci ildə 5 yaşadək uşaqlarda hepatit B infeksiyası nisbətini əvvəlki vaksin dövrünə nisbətən 4,7 faiz aşağı düşüb.

Xəbər lenti
0