Erməni terrorçu həbsxanada öldü

© Sputnik / Mediabanka keçidErmənistanda təcili yardım maşını
Ermənistanda təcili yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Həbsxanaya çağırılan “təcili yardım” briqadası onu tibb mərkəzinə aparsa da, məhkum keçinib

BAKI, 3 noyabr — Sputnik. 1999-cu il 27 oktyabr tarixində Ermənistan parlamentində həyata keçirilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Eduard Qriqoryan ölüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Qriqoryan ürəyindəki problemlər səbəbindən ölüb.

Ermənistan Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, məhkum ürək nahiyəsində ağrılar hiss edib. Həbsxanaya çağırılan “təcili yardım” briqadası onu “Erebuni” tibb mərkəzinə aparıb. Amma həkimlərin səyinə baxmayaraq, məhkum keçinib.

Qeyd edək ki, 18 il əvvəl bir qrup terrorçu Ermənistan Milli Məclisinə soxularaq, parlament və hökumət rəhbərliyini güllələyib. Terrorçular, parlamentin spikeri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, deputatlar Yuri Baxşiyan, Ruben Miroyan, Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı öldürüblər.

Terrorçular üzərində məhkəmə 2001-2003-cü illərdə davam edib. Başda qruplaşmanın lideri Nairi Unanyan olmaqla, 6 terrorçu ömürlük həbs cəzasına məhkum edilib. Daha bir terrorçuya 14 il iş kəsilib.

Xəbər lenti
0