BAKI, 3 noyabr — Sputnik. Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin iqtisadi və siyasi tərəfləri var. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
"Bu layihə Azərbaycanın regionda statusunu artırmaq yolunda önəmlidir. Həmçinin, layihədə Çinin iştirakı onun iqtisadi səmərəsini artıracaq. Bununla yanaşı, Avropa da Çindən gələn yüklərin Rusiyadan keçməsində maraqlı deyil. Layihənin cəlbedici olması üçün düzgün tarif siyasətinin aparılması önəmlidir" — deyə o bildirib.