Tahir Məmmədli: “Gələcəkdə seysmik rayonlaşdırma xəritəsi yenidən işlənəcək”
“Azərbaycanda onlarla seysmoloji aktiv ərazi mövcuddur”. Bunu Sputnik Azərbaycana açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli deyib.
“Şamaxı-İsmayıllı və Gəncə zonaları güclü zəlzələlərin baş verə biləcəyi yerlərdir. Xəzər dənizinin özündə də kifayət qədər çoxlu zəlzələ ocaqları mövcuddur. Azərbaycanda seysmik rayonlaşdırma xəritəsi var, lakin seysmoloqlar düşünür ki, bu real vəziyyəti düzgün əks etdirmir” — deyə o bildirib.