Fuad Bağırov: “Ekoloji standartlar könüllü standartlardır”
“Ekoloji tikinti standartları adi standartlardan fərqlənir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yaşıl Tikintiyə Dəstək İctimai Birliyin Sədri Fuad Bağırov deyib.
“Təhlükəsizlik standartları tikintinin səviyyəsinə qarantiya verir. Ekoloji standartlar könüllü standartlardır. Hansısa tikinti şirkəti bu standartın alınması üçün müraciət edə bilər. Azərbaycanda da belə tikinti standartları mövcuddur” — deyə o bildirib.