Mübariz Əhmədoğlu: “Müəyyən qüvvələr Qafqaz kontekstində gərginlik yaratmağa çalışırdı”
“Prezidentlərin Tehran görüşü Azərbaycan üçün doğma formatdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
“Rusiya və İran Azərbaycanın tarixi qonşularıdır. Müəyyən qüvvələr çalışırdı ki, Rusiya və İran arasında Qafqaz kontekstində gərginlik yaratsınlar. Prezidentlərin bu görüşü Avroasiya regionunda sabitliyin təmini üçün kifayət qədər əhəmiyyətli görüşdür. Bu üçtərəfli format öz konkret nəticələrini verməyə başlayıb” — deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Tehran sammitində iştirak etmək üçün İrana səfər edib. Sammitdə Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü gözlənilir.