BAKI, 2 noyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında yer alıb. "Report" xəbər verir ki, ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı ("The Muslim 500-2018") Corctaundakı müsəlman-xristian Anlaşma Mərkəzinin dəstəyi ilə Əmman şəhərindəki Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunub.
Bu il siyahıya Qahirənin "Əl-Əzhər" Universitetinin imamı şeyx Əhməd Məhəmməd əl-Tayyib başçılıq edir, ikinci yerdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz qərarlaşıb, ilk üçlüyü isə İordaniya kralı II Abdulla ibn əl-Hüseyn qapayır.
"The Muslim 500"də həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çeçenistanın rəhbəri Ramzan Kadırov, Tacikistan prezidenti Emomali Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov yer alıb.
Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur.