CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik açıqlama yaydı

© Sputnik / Murad OrujovЛюди на бакинском приморском парке
Люди на бакинском приморском парке - Sputnik Azərbaycan
Abunə olmaq
Sabaha gözlənilən hava proqnozu açıqlanıb

BAKI, 2 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

На Баку обрушился ливень - Sputnik Azərbaycan
Noyabrda hava necə olacaq - proqnoz açıqlandı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 15-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0