SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı Ermənistanın BTQ-yə qoşulma ehtimalına aydınlıq gətirdi

© Sputnik / Fuad HasanovBakıda Azərbaycan və Monteneqro XİN başçılarının görüşü keçirilir
Bakıda Azərbaycan və Monteneqro XİN başçılarının görüşü keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarovla Minsk qrupunun həmsədrləri noyabrın 16-da Moskvada görüşəcəklər

BAKI, 2 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş noyabrın 16-da Moskvada keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı monteneqrolu həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

"Rusiya xarici işlər naziri Sergey Lavrovla danışdım, üçtərəfli formatda görüş keçirmək təklifi var. Belə görüşə razılıq verdik", — E.Məmmədyarov vurğulayıb.

Elmar Məmmədyarov, həmçinin Ermənistanın Bakı-Tbilisi Qars dəmir yolu (BTQ) layihəsində iştirakı ehtimalını da şərh edib. "Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır".

"Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", — E.Məmmədyarov bildirib.

Xatırladaq ki, BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktybarın 30-da Bakıda keçirilib.

Xəbər lenti
0