BAKI, 2 noyabr — Sputnik. "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun ölümü ilə bağlı, sevgilisi Fədayə Laçının "Instagram" profilindən paylaşım edilib. Sputnik Azərbaycan xəbər verir ki, Müğənninin profilində Etibar Məmmədovun şəkli paylaşılıb və belə qeyd yazılıb: "Allah rəhmət eləsin. Əbədi mənzilin mübarək".
Qeyd edək ki, Fədayə Laçın "Qoca"nın həbsdən qaçmasına şərait yaratmaqda günahlandırılır və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində, 30 oktyabr tarixində həbs qətimkan tədbiri seçilib.
Müğənninin "Instagram" profilini kimin idarə etdiyi bəlli deyil.