Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bərxudarov: “BTQ ölkəmiz üçün əlavə dividendlər gətirəcək”

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov deyir ki, indiyədək bütün layihələr Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərib

Mənsur Bərxudarov: “Bu layihə iştirakçı ölkələrin iqtisadiyyatına gəlirlər gətirəcək”
“Azərbaycanın beynəlxalq nəqliyyat sisteminə qoşulması Şərq-Qərb arasında körpü rolunu oynayan ölkəmiz üçün əlavə dividentlər gətirəcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov deyib.

“Bu, İpək Yolunun bərpasında, işə salınmasında əlavə müsbət təsir göstərən layihələrdən biri kimi səciyyələnir. Bundan başqa, Qərbi Avropa ölkələri, Mərkəzi Asiya və Çin arasında körpü rolu oynayan bu dəmir yolu bunların da iqtisadiyyatına gəlirlər gətirəcək. Bu layihələrin Azərbaycana birbaşa səmərəsi mövcuddur və indiyədək bütün layihələr Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir” — deyə o bildirib.

Xəbər lenti
0