CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bahalı mənzil, hələ o binanın keyfiyyətli olması demək deyil"

© Sputnik / Kemale AliyevaАрхитектор Ильгар Алиев
Архитектор Ильгар Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Əliyev: "Binanın hansı keyfiyyətdə tikildiyini bilmək üçün, ilk növbədə onun memarı ilə maraqlanmaq lazımdır"

BAKI, 2 noyabr — Sputnik. "Bizdə insanlar, maliyyə imkanları yaxşı olduqda, hər hansı biznes sahəsinə investiya qoymaqdansa, daşınmaz əmlak almağa üstünlük verirlər".

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə, Memarlıq və İnşaat Universitetinin baş müəllimi İlqar Əliyev belə deyib. O bildirib ki, bəzən insanlar bahalı mənzillər almaqla onun keyfiyyətli olduğunu düşünürlər.

"Əslində isə, belə deyil. Binanın hansı keyfiyyətdə tikildiyini bilmək üçün, ilk növbədə onun memarı ilə maraqlanmaq lazımdır. Bizdə olmasa da, Avropada bu ənənə mövcuddur" — deyə Əliyev bildirib.

Xəbər lenti
0