BAKI, 2 noyabr — Sputnik. Prezident İlham Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən, bu gün Bakıda, "Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, "Azərbaycan Tarix Qurumu" və "Azərbaycan Tarixçiləri" ictimai birlikləridir.
Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən — Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər elmi məruzələrini təqdim ediblər.