CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumunda ciddi nöqsanlar aşkarlandı

Abunə olmaq
Satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətlərinin formalaşdırılmasının əsasları açıqlanmayıb

BAKI, 2 noyabr — Sputnik. ANAMA-nın əsas məqsəd və vəzifələrini yerinə yetirməsi üçün Birləşmiş Millətlər Təşkilatının, ABŞ Dövlət Departamentinin və digər Donorların layihələrə ayırdığı vəsait üzrə ərazilərin minalardan təmizlənməsi işlərinin aparılması məqsədi ilə vəsait ayrılsa da, maliyyələşmədə hökumətlərarası pay nisbətində Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi artıb.

Bu barədə Sputnik Azərbaycan-a Hesablama Palatasından məlumat daxil olub. Bildirilib ki, auditin əhatə etdiyi 2015-2016-cı illərdə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən "Regionların 2014-2018-ci illərdə sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın müvafiq bəndlərində nəzərdə tutulmuş tədbirlərin həlli üçün Respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirməklə, ümumilikdə 2015-ci ildə 36335,0 min m2, 2016-cı ildə isə 79101,9 min m2 ərazinin təmizlənməsi, müvafiq olaraq 24380 ədəd minanın və 38576 ədəd PHS-in aşkar edilərək zərərsizləşdirilməsi, ərazilərin təhlükəsizlik sənədləri ilə təmin olunması işləri həyata keçirilib.

Hesabatın müzakirəsi zamanı ANAMA-nın öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının (Komissiya) qərarlarını, Nizamnaməsini, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələrinin tövsiyələrini, beynəlxalq humanitar minalardan təmizləmə standartlarını və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları sənəd toplusunu əsas tutduğu bildirilib, ərazilərin minadan təmizləmə əməliyyatlarının aparılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi zamanı müvafiq sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bir sıra nöqsanlara da yol verildiyi diqqətə çatdırılıb. 

Сотрудники ANAMA в Хызинском районе - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xızıda tapılan sursatların sayı ərazinin döyüş bölgəsi olması barədə şübhələr oyadır

Belə ki, Nizamnaməsinin tələblərinə əməl edilməyərək ANAMA-nın strukturu və ştat vahidlərinin sayı, işçilərin tutduğu vəzifəyə uyğun aylıq vəzifə maaşları Komissiya tərəfindən deyil, rəhbərlik tərəfindən müstəqil təsdiq edilmiş, 8 nəfər işçiyə məzuniyyətdə olduğu və məzuniyyət haqqı ödənildiyi halda həmin dövr üçün tutulmalardan sonra təkrarən əmək haqqı ödənilməsi, "Beynəlxalq və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları"nın tələblərinə əməl edilməyərək əməliyyat işlərində iştirak etməyən şəxslərə yemək xərci verilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı bir sıra hallarda müvafiq normalara riayət edilməməsi nəticəsində artıq vəsaitin ödənilməsinə, həmçinin müxtəlif markalı nəqliyyat vasitələrinə texniki göstərici əsasında sərf edilən yanacaq normasının düzgün tətbiq edilməməsi səbəbindən artıq yanacaq silinməsinə yol verilib.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməyərək bir sıra hallarda satınalma metodu tətbiq edilmədən malların (işlərin və xidmətlərin) satınalınması həyata keçirilib, malların (işlərin və xidmətlərin) satınalınması ayrı-ayrı müqavilələrə bölünməklə satınalma kotirovka sorğusu üsulu ilə həyata keçirilib, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətlərinin formalaşdırılmasının əsasları açıqlanmayıb.

Xəbər lenti
0