BAKI, 2 noyabr — Sputnik. Ukraynanın Luqansk vilayətində fermerlik fəaliyyəti ilə məşğul olan azərbaycanlı biznesmen Səməndər Quliyev öldürülüb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, onun meyiti vilayətin Popasnyanskiy rayonunun Ustinovka kəndi yaxınlığından tapılıb.
Quliyevin meyitini yerli sakinlər kəndin girişində öz avtomobilində aşkarlayıblar. Onun boynunda boğulma izləri olduğu bildirilib.
Azərbaycanlı biznesmen Popasnyanskidə dəfn olunub.
Əslən Kürdəmir rayonundan olan 1969-cu il təvəllüdlü Quliyev Səməndər Qulu oğlu uzun illərdir Luqanskda yaşayırmış və rayon ərazisində xeyli torpaq sahəsinə, heyvandarlıq təsərrüfatına sahibmiş.
Xatırladaq ki, Luqansk vilayətinin Popasnyanski rayonu Ukraynanın nəzarətindədir və döyüş bölgəsindən kənardır.