BAKI, 1 noyabr — Sputnik. "Biz İŞİD-in Amerikaya girməsinə icazə verməməliyik". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" hesabında yazıb.
Nyu-Yorkdakı terror aktı zamanı dünyasını dəyişən insanların yaxınlarına baş sağlığı verən prezident, ölkədə təhlükəsizliyi daha da gücləndirmə əmri verdiyini bildirib: "Yaxın Şərq və digər bölgələrdə İŞİD-i məğlub elədikdən sonra, onların ölkəmizə geri qayıtmasına və ya girməsinə icazə verməməliyik. Artıq bəsdir".
Xatırladaq ki, dünən axşam Nyu-York şəhərinin Manhattan səmtində özbək əsilli Seyfulla Saipov idarə etdiyi avtomobilini kütləyə çırpıb. Daha sonra yerə enərək, polislərə atəş açıb. Hadisədə 8 nəfər ölüb, 15 nəfər yaralanıb.