BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda da böyük maraqla izlənilən və türklərin qədim tarixindən bəhs edən Türkiyə istehsalı "Diriliş Ərtoğrul" serialı artıq 4-cü sezondur ki, yayımlanır. Serial Türkiyədə izlənmə rekordları qırmaqda davam edir.
Kinoda çəkilən aktyorların geyim-kecimi, səhnə performansları maraqlı olduğu kimi, serialın harada, hansı bölgədə çəkilməsi də izləyicilər üçün çox maraqlıdır.
Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, TRT kanalında yayımlanan serial ötən ilə qədər İstanbulun Riva və Beykoz səmtlərində çəkilib. İstehsalçı şirkət bunun üçün həmin bölgədə 40 000 m2 ərazini icarəyə götürüb. İki il İstanbulda çəkilən serial ötən ildən etibarən Nevşehirdə (Kapadokiya vilayəti) çəkilməyə başlanıb. Builki çəkilişlər də məhz Nevşehirdə lentə alınır.