Ərdoğan: "Bu gün Türkiyə bütün məzlumların ümid qapısıdır"

© Sputnik / Irade JELILTürkiyə Cümhuriyyətinin 94 illiyinə həsr edilmiş mərasim
Türkiyə Cümhuriyyətinin 94 illiyinə həsr edilmiş mərasim - Sputnik Azərbaycan
Abunə olmaq
"15 iyul hadisəsi bir daha sübut erdi ki, Türkiyəni kimsə sarsıda bilməz"

BAKI, 1 noyabr — Sputnik. Bu gün Türkiyə Cümhuriyyətinin 94 illiyinə həsr edilmiş mərasim keçirilib. Mərasimdə dövlət nümayəndələri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər. Mərasimi Türkiyənin Bakıdakı səfiri Erkan Özoral açaraq Türkiyə və Azərbaycan arasında münasibətlərin əhəmiyyətindən danışıb. O bildirib ki, yeni Baki-Tibilisi-Qars dəmir yolunun çəkilməsi bunu bir daha sübut edir. 

Qeyd edək ki, Türkiyə 29 oktyabr 1923-cü ildə cümhuriyyətini elan edib.

© Sputnik / Irade JELILTürkiyə Cümhuriyyətinin 94 illiyinə həsr edilmiş mərasim /
Türkiyə Cümhuriyyətinin 94 illiyinə həsr edilmiş mərasim / - Sputnik Azərbaycan
Türkiyə Cümhuriyyətinin 94 illiyinə həsr edilmiş mərasim /

Daha sonra səfir Erkan Özoral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub. Türkiyə prezidenti məktubunda öz təbriklərini qeyd edərək, tarixə və müasir dövrə nəzər salıb.

"15 iyul hadisəsi bir daha sübut erdi ki, Türkiyəni kimsə sarsıda bilməz. Bu gün Türkiyə bütün məzlumların ümid qapısıdır" — prezident vurğulayıb. 

Azərbaycan baş nazirinin müavini Abid Şərifov Türkiyəni təbrik edərək, qarşılıqlı münasibətlərdən danışıb. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması xalqları daha da yaxınlaşdıracaq.

Xəbər lenti
0