Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rafiq Hüseynovun ilk həyat yoldaşı: "Öz yaşıdı da o fədakarlığı etməzdi"

© Photo : AZVİSİONRafiq Hüseynov
Rafiq Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Roza Tağıyeva: "Rafiq Hüseynovu o vəziyyətdə görməyə ürəyim gəlmirdi"

BAKI, 1 noyabr — Sputnik. "Rafiq Hüseynovun yoxluğu bizim hamımız üçün ağır itkidir. Onun Azərbaycan televiziyasının inkişafındakı əməyi və zəhməti misilsizdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Roza Tağıyeva deyib. O bildirib ki, Rafiq Hüseynov çox gözəl iş yoldaşı, çox gözəl insan olub: "Düzdür, bir az ciddi idi. Qayda-qanun pozuntusu olanda gözünə heç nə görünmürdü. AzTV-də uzun müddət baş diktor olub. Dostdan, yoldaşdan asılı olmayaraq, güzəştə getməzdi, cəzasını verərdi".

Təcili tibbi yardım - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın xalq artisti vəfat etdi

"Gənclərə münasibəti çox yaxşı idi. Ülkərin, Nərgizin, Aynurun yetişməsində onun böyük əməyi var. Axır vaxtlar da gənc diktorlarla işləyirdi. Rafiq çox savadlı, bilikli adam idi. Rus və Azərbaycan dillərində çox gözəl danışırdı. Kino işçisi ilə kino, tarixçi ilə tarix haqqında danışa bilirdi" — Tağıyeva bildirib.

O, Rafiq Hüseynovla son görüşündən də danışıb: "Evinə getmişdik. Həyat yoldaşı Səbinə xanım bizə çox gözəl süfrə açdı, söhbət etdik. Düzdür, xəstəxana ictimai yerdir deyə, yanına getmədim, evdə baş çəkdim. Həm də xəstəxanada Rafiq müəllimi o vəziyyətdə görməyə ürəyim gəlmirdi. Rafiqin ailəsi ilə də, özü ilə də ömür boyu dostluq əlaqələrimiz olub".

"Rafiq müəllimin özünə də demişdim ki, bəxti onda gətirib ki, qarşısına Səbinə xanım kimi insan çıxıb. Səbinə onun üçün çox əziyyət çəkdi. Onu hər adam etməzdi. Hətta Rafiqin öz yaşıdı da o fədakarlığı etməzdi, Səbinə etdi. Biz də arxayın idik ki, Rafiq əmin əllərdədir" — xalq artisti deyib.

"Ailənin yaxını kimi Rafiqin dünyasını dəyişməsi xəbərini hamıdan əvvəl mən bilirdim. Vida mərasimində də, dəfn mərasimində də iştirak edəcəyəm, onu son mənzilə yola salacağam. Biz hamımız Rafiqi çox istəyirik" — o, əlavə edib.

Qeyd edək ki, Roza Tağıyeva Rafiq Hüseynovun ilk həyat yoldaşı olub. Onların Rövşən adlı oğlu 1984-cü ildə, 17 yaşında qətlə yetirilib. Onlar sonradan ayrılıblar.

Xəbər lenti
0