BAKI, 1 noyabr — Sputnik. Nyu-Yorkda 8 nəfəri öldürən, 15 nəfəri də yaralayan cinayətkar Seyfulla Saipovun tutulma anı görüntülənib. O, yük maşınını izdihama çırpdıqdan sonra yerə düşərək polislərə atəş açıb.
Son məlumatlara görə atışma zamanı 8 nəfər ölüb, 15 nəfər yaralanıb. Ağ Ev hadisəni terror aktı kimi dəyərləndirib.
Sputnik Azərbaycan ABŞ mətbuatına istinadən Özbəkistan vətəndaşı Seyfulla Saipovun polis tərəfindən tutulma anını təqdim edir: