BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) sədri Musa Tükənov həbs edilib. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktı M.Tükənovun ailəsi təsdiqləyib.