BAKI, 1 noyabr — Sputnik. ABŞ rəsmiləri Nyu-Yorkda 6 nəfərin həlak olduğu insidenti terror aktı kimi qiymətləndirirlər. Bu barədə öz mənbələrinə istinadən CBS telekanalı yazır.
Məlumata görə, yük maşını izdihama çırpılıb, daha sonra sürücü avtomobildən yerə düşərək polislərə atəş açıb.
ABC telekanalının son məlumatına görə, atışma nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Cinayətkarın polis tərəfindən yaralanaraq saxlanıldığı qeyd olunur.
Hadisə barədə müxtəlif məlumatlar səsləndirilir.