Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vəlizadə: “Bərzani məsuliyyətdən qaçmaq istəyir”

© Sputnik / Murad OrujovПресс-конференция участницы проекта "Ты супер!" Хошгедем Мехтиевой
Пресс-конференция участницы проекта Ты супер! Хошгедем Мехтиевой - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, gələcəkdə kürd muxtariyyəti kollegial prinsiplər əsasında idarə olunacaq

İlqar Vəlizadə: “Bərzani məsuliyyətdən yayınmaq üçün prezident seçkilərinə namizədliyini verməyəcək”
“Şimali İraqda baş verən proseslər onu göstərir ki, Bərzani yaranmış vəziyyətin məsuliyyətindən qurtulmaq istəyir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Baş verən hadisələr mövcud hakimiyyətin üzərinə məsuliyyət qoyur. Gələcəkdə kürd muxtariyyəti kollegial prinsiplər əsasında idarə olunacaq. Muxtariyyətin idarə olunmasına digər siyasi qruplar və partiyalar cəlb olunacaq” — deyə o bildirib.

Qeyd edək ki, Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini bəyan edib. Yeni lider seçilənədək muxtariyyət rəhbərinin səlahiyyətlərini bölgə hökuməti, parlamenti və məhkəmə instansiyaları birgə icra edəcəklər.

Xəbər lenti
0