BAKI, 1 noyabr — Sputnik. Şinzo Abe yenidən Yaponiyanın baş naziri seçilib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, daha 4 il hökumətə rəhbərik edəcək.
O, İkinci Dünya Müharibəsindən sonra, ölkə tarixində hakimiyyətdə ən uzun müddət qalan baş nazirdir.
Xatırladaq ki, Şinzo Abe 1954-cü il sentyabrın 21-də Yaponiyanın Naqato şəhərində dünyaya gəlib. O, bundan əvvəl 2006-2007-ci illərdə Yaponiya hökumətinə başçılıq edib. Bir ildən sonra istefa verib.
2012-ci il keçirilən seçkidə Abenin başçılıq etdiyi Liberal Demokrat Partiyası qalib gəlib. Həmin il dekabrın 26-da o, yenidən Yaponiyanın baş naziri seçilib.