BAKI, 31 oktyabr — Sputnik. Türkiyədə 15 iyul 2016-cı ildə yaşanan çevrilişə cəhd gecəsi ilə bağlı yeni görüntülər yayılıb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, görüntülərdə ordu rəhbəri, ölkənin Baş Qərargah rəisi Hulusi Akarın xuntaçı əsgərlər tərəfindən iqamətgahdan çıxarılaraq "Akıncı" hərbi bazasına aparılması əks olunur. Elə bu ərəfədə Qərargahın önündə toplaşan yüzlərlə vətəndaş, ordu generalını aparmağa çalışan çevrilişçilərə mane olmağa çalışır.
Türkiyə Baş Qərargah rəisinin həbs görüntüsü yayıldı - Video
12:59 31.10.2017 (Yenilənib: 19:14 16.11.2021)
© AP Photo / Burhan OzbiliciHulusi Akar, Türkiyə generalı
© AP Photo / Burhan Ozbilici
Abunə olmaq
Görüntülərdə, Baş Qərargah rəisi Hulusi Akarın xuntaçı əsgərlər tərəfindən iqamətgahdan çıxarılaraq "Akıncı" hərbi bazasına aparılması əks olunur