BAKI, 31 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın seçki kampaniyasına rəhbərlik edən Pol Manafort 80 il müddətinə azadlıqdan məhrum edilə bilər. Sputnik Azərbaycan bu barədə "The Guardian"-a istinadən xəbər verir.
Manafortun köməkçisi Rik Geytsin isə 70 il cəza alacağı gözlənilir. Artıq onlara qarşı 12 maddə üzrə rəsmi ittiham elan olunub. Onlar 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində rus şirkətləri ilə gizli əməkdaşlıq etməkdə təqsirləndirilirlər.