Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. Şəki şəhərinin Şərbablar küçəsində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə, rayon sakini Məhərrəm Yusif oğlu Mustafayevə məxsus, ümumi sahəsi 120 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.
Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin içərisində 6 kv/m-lik sahədə olan ev əşyaları ilə birlikdə yanıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Baş vermiş hadisə ilə bağlı araşdırma davam edir.