Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İskəndərov: “Repressiyalar Azərbaycan xalqına faciə gətirib”

© Photo : REPORTProfessor Anar İsgəndərov
Professor Anar İsgəndərov - Sputnik Azərbaycan
Abunə olmaq
Tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, repressiyaya məruz qalanların içində Azərbaycan Cümhuriyyəti var idi

Anar İskəndərov: “Bu repressiyalar Azərbaycan xalqını sovet ideologiyasına pərçim edib”
Oktyabrın 30-u Rusiyada repressiya qurbanlarının xatirəsi günü kimi qeyd olunur. 

Tarix elmləri doktoru, professor Anar İskəndərov Sputnik Azərbaycan-a deyir ki, ötən əsrin 20-30-cu illərinin repressiyaları Azərbaycan xalqının ideologiyasını yaradan, onun xalq hüququ almasına nail olan ziyalıların böyük hissəsini məhv etdi: “Onların ən güclüləri güllələndi, sonrakılar sürgün edildi, üçüncü hissənin isə səsi alındı. O insanlar repressiyaya məruz qalırdı ki, onların içində 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyəti var idi. Repressiyalar Azərbaycan xalqına faciə gətirib”.

Qeyd edək ki, repressiya qurbanlarının sayına görə Azərbaycanın adı keçmiş sovet respublikaları içərisində ilk sıradadır.

Xəbər lenti
0