BAKI, 31 oktyabr — Sputnik. Şimali Koreyanın nüvə sınaqlarını keçirdiyi "Punggye" hərbi bazasında faciə baş verib.
Оxu.Az xəbər verir ki, nüvə silahı sınaqları zamanı sözügedən ərazidə yerləşən tunel çöküb. Nəticədə 200-ə yaxın insanın həlak olduğu deyilir.
Hadisə 20 gün sonra mediaya açıqlanıb. Xəbər agentlikləri çökmə nəticəsində 100-ə yaxın insanın da torpaq altında qaldığı bildirir.
Qeyd edək ki, hadisəyə səbəb kimi mart ayında sınaqdan keçirilən nüvə silahı nəticəsində torpaq qatının zəifləməsi göstərilir.