BAKI, 31 oktyabr — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxil edilib.
İlk olaraq "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılacaq.
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında" Anlaşma Memorandumunun, "Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair" Sazişin təsdiq edilməsi məsələsinə baxılacaq.
"Diplomatik xidmət haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Heyvanlar aləmi haqqında", "Müdafiə haqqında", "Muzeylər haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Rəsmi statistika haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.
"Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd qoşunları haqqında", "Təhsil haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Yaşayış minimumu haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliklər müzakirəyə çıxarılacaq.
"Yaşıllıqların mühafizəsi haqqında", "Çayçılıq haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Nəqliyyat haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "Hesablama Palatası haqqında", "Yol hərəkəti haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.
İclasda Miqrasiya, Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Mülki, Əmək məcəllələrində dəyişikliklərə baxılacaq.