CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başqalarını narkotikə təhrik edənlər, sadəcə həbs olunmayacaqlar - Yeni cəza

© Photo : STRNarkotik maddə. Arxiv şəkli
Narkotik maddə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Narkotik vasitələrin istehlakına təhrik etməyə görə yeni cəza

BAKI, 31 oktyabr — Sputnik. Cinayət Məcəlləsinin 236-cı maddəsinə (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə) yeni cəza — azadlığın məhdudlaşdırılması əlavə olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, 236.1-ci maddənin sanksiyasında "iki" sözündən əvvəl "iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.

Наручники, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir əməlin cəzası yüngülləşdirildi

Həmin maddəyə təklif olunan variantda deyilir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə — 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud variantda isə deyilir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə — 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişiklik oktyabrın 20-də parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0