Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hər şeyini itirən şoumen indi də dələduzluqda günahlandırılır

© Sputnik / Kemale AliyevaŞoumen Kamran Həsənlinin mətbuat konfransı
Şoumen Kamran Həsənlinin mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur şoumen Kamran Həsənli Samir Piriyevlə məhkəmə çəkişməsinə aydınlıq gətirib, Elariz Məmmədoğlu da ona qahmar çıxıb

BAKI, 31 oktyabr — Sputnik. Məşhur şoumen Kamran Həsənli ilə müğənni Samir Piriyev arasındakı məhkəmə çəkişməsi artıq iki ildir davam edir. Çünki tərəflər heç cür öz aralarında razılığa gələ bilmirlər. Onların arasında mübahisəyə səbəb Piriyevin aparıcını ona məxsus 135 min dolları mənimsəməklə dələduzluq etməkdə günahlandırmasıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələyə aydınlıq gətirmək üçün Kamran Həsənli bu gün mətbuat konfransı keçirib və öz günahsızlığını faktlarla sübut etməyə çalışıb.

Şoumen bildirib ki, 2009-cu ildə o, valideynlərinin xəstəliyi ilə əlaqədar Türkiyəyə gedib. Orada türk biznesmen Arxan Yılmazla tanış olub. Biznesmen ona Antalyada istirahət məkanı inşa etməklə bağlı tərəfdaşlıq təklif edib. 

Rihanna, arxiv şəkli - Sputnik Azərbaycan
Məşhur müğənni evini satışa qoydu

Şoumenin sözlərinə görə, o, layihəni uğurlu hesab edərək razılaşıb. Evini 400 min dollara sataraq pulları Yılmaza verib və şirkətin səhmdarı olub.

"İnşaat işləri başlayandan sonra biz başa düşdük ki, pul çatışmazlığından bu layihəni başa çatdıra bilməyəcəyik və yeni tərəfdaş axtarmağa başladıq. Mənim şou-biznes ulduzları ilə dostluq münasibətlərim var və qərara gəldim ki, onların hər birinə bu təkliflə müraciət edim. Onların arasında təkcə Samir Piriyev deyil, Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Eyyub Yaqubov və başqaları da var idi" – deyə Həsənli bildirib.

Onların içindən təkcə Samir Piriyev şirkət rəhbərliyi və onların fəaliyyəti ilə tanış olandan sonra tərəfdaşlığa razılıq verib. Müğənni Arxan Yılmaza səhmlərin 10%-i üçün 250 min dollar verməli imiş. Amma o, bu vəsaitin yarısını verməklə kifayətlənib.

Şoumenin sözlərinə görə, Piriyev hər dəfə yerdə qalan vəsaiti də yatıracağına söz versə də, sonra fikrini dəyişib və öz pullarını geri istəməyə başlayıb.

"O, hər gün mənə zəng edib yalvarırdı ki, heç olmasa, pulların bir hissəsini geri qaytarım. Onun sözlərinə görə, birinci arvadı ilə boşandığından çətin vəziyyətə düşüb. Yılmaz ona 11 min dolları qaytardı, mən isə ona yazığım gəldiyi üçün 20 min dollar dəyəri olan avtomobilimi verdim" – deyə Həsənli bildirib. 

Fədayə Laçın - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müğənni Fədayə Laçınla bağlı ilginc xəbər: daha bir qadın tutuldu

Təəssüf ki, onlar istirahət məkanını tikib başa çatdıra bilməyiblər. İqtisadi böhran başlayıb və şirkət müflis olub. Həsənli qeyd edir ki, bütün pulunu, evini, maşınını itirməsinə baxmayaraq, təşkilatın rəhbərini heç nədə günahlandırmayıb. Şoumeni özündən çıxaran 7 il keçəndən sonra Piriyevin bu məsələyə qayıtması və məhkəməyə müraciət edərək onun haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə iddia qaldırmasıdır.

"Mən başa düşmürəm ki, o, niyə bu qədər vaxtda gözləyib. Əvvəl bu prosesdə şahid qismində iştirak edirdim. Sonra ittiham edilən şəxs oldum, indi isə o, məndən 80 min dollar tələb edir. Guya mən ona bu qədər borcluyam. Mənim səkkiz şahidim var. Hətta şirkətin rəhbəri Arxan Yılmaz Bakıya gələrək məhkəmədə şahidlik edib ki, Piriyev özü könüllü surətdə tərəfdaş olub və ona pul verib. Təəssüf ki, bütün bunlara baxmayaraq, məhkəmə prosesi başa çatmır" – deyə Həsənli bildirib.

Şoumen iddia edir ki, müğənni onu həbs etdirmək və əlində qalan yeganə mənzilini də almaq istəyir.

Həsənli qeyd edib ki, məhkəmədə şahid qismində müğənni Elariz Məmmədoğlu da çıxış edib və bildirib ki, o da şirkətin səhmdarı olmaq istəyib. 

Azərbaycanın xalq artisti Aygün Kazımovanın yaradıcılığının 30 illiyinə həsr olunmuş konsert - Sputnik Azərbaycan
FOTO
Aygün Kazımovadan unudulmaz şou

Məmmədoğlunun sözlərinə görə, o da öz mənzilini 250 min dollara sataraq pulu şirkətə yatırmaq istəyib, lakin sonra Həsənli onu çəkindirib, çünki həmin vaxt şirkət artıq müflisləşmə ərəfəsində olub.

"Samir dəfələrlə müxtəlif verilişlərin efirində Türkiyədə biznesi olduğunu deyib, amma indi bunun əksini iddia edir. Əgər Kamran pul mənimsəmək istəsəydi, mənim də pulumu götürərdi. Onun günahı yoxdur. O, haradan bilə bilərdi ki, şirkət müflisləşəcək" – deyə Məmmədoğlu bildirib.

Piriyev isə öz növbəsində Həsənlinin sözlərini şərh etməkdən imtina edib. "Məhkəmə prosesi davam edir və əminəm ki, yekunda ədalətli qərar qəbul edəcək" – deməklə Piriyev fikrini tamamlayıb.

Xəbər lenti
0