CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda həbsdən qaçmış zek, kazinoda tanışlıq və...

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidHəbsxana
Həbsxana - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb

BAKI, 31 oktyabr — Sputnik. Ağstafa rayon Polis İdarəsinin əməkdaşları oktyabrın 23-də həbsxana tipli vaqondan qaçmış, kriminal aləmdə "Qoca" ləqəbi ilə məşhur olan 1980-ci il təvəllüdlü "qanuni oğru", Hacıqabul rayon sakini Məmmədov Etibar Ələkbər oğlunu saxlaya bilməyib.

Bunu Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə üç gün bundan əvvəl Kür çayı üzərindən keçən körpüdə, Poylu stansiyası yaxınlığında "Ceyrançöl" adlanan ərazidə, polis postunda baş verib. Həbsxanadan qaçan məhbusun Ağstafa ərazisində olduğu barədə məlumat alan asayiş keşikçiləri gücləndirilmiş iş rejimi çərçivəsində yolun sözügedən hissəsindən keçən hər bir avtomobili yoxlayıblar. 

Fədayə Laçın - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müğənni Fədayə Laçınla bağlı ilginc xəbər: daha bir qadın tutuldu

Polis yoxlamaq üçün avtomobili dayandırıb. Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüb onun da sənədlərini tələb ediblər. Bu vaxt "Opel" markalı avtomobilin sürücüsü qaza basaraq ərazidən uzaqlaşmağa çalışıb. Polis qaçan avtomobili təqib etməyə başlayıb. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana dirəndiyindən yolu davam etdirə bilməyib və maşını saxlayaraq qaçmağa çalışıb. Lakin o, tezliklə saxlanıb. Maşındakı sərnişin Etibar Məmmədov isə qaçaraq aradan çıxıb.

Xatırladaq ki, məhbusların qaçışı oktyabrın 23-də səhər tezdən Biləcəri dəmiryolu stansiyasında baş verib. Qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Hacıqabul rayon sakini Məmmədov Etibar Ələkbər oğlu və 1983-cü il təvəllüdlü, kriminal aləmdə "Abdulla" adı ilə məşhur olan Şirvan sakini Ağami Əli Rasim oğludur. Onlar Lənkəran rayonundan Bakıya etap olunarkən qatardan tullanıblar. Cinayətkarlar konvoyun yatmasından istifadə edərək qaçıblar.

Ağami və Məmmədov ağır cinayətlər üzrə Lənkəranda keçirilən məhkəmə prosesindən sonra Bakıdakı istintaq təcridxanasına qaytarılırmışlar. Hər iki məhbus 2015-ci ilin noyabrında Şirvan rayonunda ikiqat qətl törətməkdə günahlandırılır. Həmin ilin 5 noyabrında Şirvan şəhərindəki Ələkbərov küçəsində yerləşən kafedə, 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüqdlü Sarıbalayev Zaur Vəfadar oğlu Makarov tapançasından açılan atəş nəticəsində qətlə yetiriliblər. 

Dəmiryolu, arxiv şəkli - Sputnik Azərbaycan
Qaçan məhbuslar "Lotu Quli"nin adamlarıdır?

Tapança ilə silahlanmış gənclər kafeyə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı pul vəsaitlərini müzakirə etmək üçün gəliblər. Danışıqlarda razılaşmayan Nəciyev tapança ilə Sarıbalayevi sinəsindən vurub. Kişi hadisə yerindəcə ölüb. Bunu görən Ağami Makarov markalı tapança ilə Nəciyevi yaralayıb. Nəciyev Şirvan xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə yerindən qaçan Ağami və Məmmədov fakt üzrə günahlandırılan şəxslər kimi saxlanılıblar.

Qeyd edək ki, E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

Qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan, oğru dünyasında nüfuz sahibi Etibar Hacıqabulinskinin yaxın adamı olub. Məlum cinayətdən sonra Əli Ağaminin qardaşı Zaur Ağami də bir müddət təqib olunub. 

Замок на тюремной двери, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yüksək rütbəli zabit həbs olundu

Ağami oktyabrın 26-da Şirvan rayonu ərazisində saxlanıb.

Polis əməkdaşları Opel-in sürücüsü ilə yanaşı hadisə zamanı avtomobildə olan gənc qadın Günay Atakişiyevanı da saxlayıb. Onlar Məmmədovun gizlənməsinə yardım ediblər. Ehtimala görə, onlar Məmmədovu qeyri-leqal yolla Gürcüstan ərazisinə keçirməyə çalışıblar. Atakişiyeva bildirib ki, Məmmədovla Tbilisidəki kazinolardan birində tanış olub.

Hazırda Atakişiyeva və hələlik adı açıqlanmayan Opel markalı avtomobilin sürücüsü Bakıdakı istintaq təcridxanasındadırlar. Saxlanılan şəxslərlə bağlı üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Polisin ərazi üzrə bölmələrinin əməkdaşları qaçan məhbusun axtarışlarını davam etdirilər. Ehtimal var ki, Məmmədov hal-hazırda Ağstafa şəhəri ərazisində gizlənir və gecələr hərəkət etdiyi istisna edilmir.

Artıq məlum olduğu kimi, hadisə ilə bağlı daha bir qadın – Fədayə Laçın adı ilə səhnəyə çıxan müğənni Fədayə Məmmədova da cinayət məsuliyyətinə cəlb edilib. Baş prokurorluq oktyabrın 30-da Məmmədova haqqında Nəsimi rayon məhkəməsinin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçildiyini bildirib. Əldə edilən məlumata görə, müğənni çox yaxın münasibətlərdə olduğu Etibar Məmmədovu həbsdən qaçdıqdan sonra gizlədib. 

Замок на тюремной двери, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Qaçan məhbuslardan biri yaxalandı

Saxlanılan şəxslərin hamısı haqqında AR Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Məmmədov və Ağami xüsusi təhlükəli cinayətkarlar hesab olunur. Məmmədovun ilk dəfə adam öldürməsi və həbsdən qaçışı 1997-ci ildə Bakı uşaq koloniyasından olub. Onda o, altı yeniyetmə ilə birlikdə Fəxrəddin adlı nəzarətçini boğaraq qaçıb. Lakin tezliklə Məmmədovla cinayət ortaqları saxlanılıb və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görülüblər. Məmmədov cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkib.

Əlavə edək ki, Məmmədov və Ağaminin qaçışı ilə əlaqədar olaraq Penitensiar Xidmətin 3 əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib, 11 əməkdaşı isə işdən qovulub.

Xəbər lenti
0