BAKI, 31 oktyabr — Sputnik. Türkiyədə müxalif CHP partiyasının lideri Kamal Kılıçdaroğlu Ərdoğanı mafioz adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün Twitter səhifəsində yazıb. Kılıçdaroğlu, bələdiyyə rəhbərlərinin zorla istefaya göndərilməsinin hüquqi olmadığına diqqət çəkib.
"Bu üsul mafiya üsuludur. Bələdiyyə sədrləri şantaj edilərək zorla istefa verməyə məcbur edilir. Belə bir şey heç bir demokratik dövlətdə yoxdur. Bu açıq-aşkar diktaturadır" — Kılıçdaroğlu deyib.
Müxalif lider, ölkəni bu natəmizlikdən xilas etmək üçün erkən seçimə gedilməsini də təklif edib.
Xatırladaq ki, Türkiyədə bir neçə şəhərin bələddiyə başçıları prezident Ərdoğanın təzyiqləri ilə istefa verməyə məcbur olub.