Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ağ turpun 3 müalicəvi xüsusiyyəti

CC0 / Hans / TurnipAğ turp
Ağ turp - Sputnik Azərbaycan
Abunə olmaq
Turp öskürək və bronxit zamanı yaxşı kömək edir - nəfəs yollarını təmizləyir, iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır

BAKI, 31 oktyabr — Sputnik. Ağ turp unikal müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Bunun səbəbi turpun zəngin kimyəvi tərkibidir.

Turp vitamin və minerallar, qidalı liflər, fitonsidlər, amin turşuları, fermentlərlə zəngindir.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, fitonsidlər turpa güclü mikrob, virus və iltihab əleyhinə təsir bəxş edir. Soyuq fəsillərdə turpun istehlakı soyuqdəymə və qripp xəstəliklərindən qoruyur, immun sistemini möhkəmləndirir.

Turp öskürək və bronxit zamanı yaxşı kömək edir — nəfəs yollarını təmizləyir, iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır.

Həll olunmayan qidalı liflərlə zəngin olduğundan ağ turp bağırsaqlar üçün çox faydalıdır — bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, qəbizliyin qarşısını alır, bağırsaq  mikroflorasının yaxşılaşmasına kömək edir.

Xəbər lenti
0