BAKI, 30 oktyabr — Sputnik. Ermənistanın Armavir şəhərində uşaq bağçasında insanları girov götürən şəxs həmin müəssisədə işləyən keçmiş arvadı və qaynanasını bıçaqla yaralayıb.
Bu barədə Sputnik Ermənistan-a parlamentin keçmiş deputatı Rustam Qasparyan məlumat verib.
Onun sözlərinə görə, qadınlar hücum edənin əlindən qaça biliblər.
"Həmin şəxs uşaq bağçasının əməkdaşlarını və uşaqların əksəriyyətini azad edib, lakin bir uşağı girov saxlamaqda davam edir" — Qasparyan əlavə edib.
Ermənistanın Armavir şəhərində bıçaqlı şəxs "Manuşak" uşaq bağçasında işçiləri və uşaqları girov götürüb.
Agentliyin məlumatına əsasən, hücum edən şəxsin qaynanası həmin uşaq bağçasının müdiridir.