ABŞ-da "yumşaq çevriliş": Trampın adamları həbs olunurlar

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
CNN bildirib ki, Pol Manafort FTB-yə təslim olmaq üçün artıq evdən yola çıxıb

BAKI, 30 oktyabr — Sputnik. Rusiyanın 2016-cı il ABŞ-dakı prezident seçkisinə müdaxiləsini araşdıran istintaq komitəsinin verdiyi qərar ölkə gündəmini zəbt edib. Komitə, prezident Donald Trampın seçki kampaniyasını aparan menecerlər Pol Manafort və Rik Geytsin Federal Təhqiqatlar Bürosuna (FTB) təslim olmasını istəyib.

Məlumatı "New York Times" qəzeti yayıb.

Bu işi araşdırmaq üçün vəzifələndirilən prokuror Robert Müller, iddianamənin yekunlaşmaqda olduğunu söyləyib.

Amerikanın ən tanınmış telekanallarından olan CNN bildirib ki, Pol Manafort FTB-yə təslim olmaq üçün artıq evdən yola çıxıb.

Rik Geytsin isə harada olduğu bilinmir. Onun telefonuna zəng çatmır.

Xəbər lenti
0