CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tağı Əhmədov 3 milyonunu geri ala bilmir

© Photo : APATağı Əhmədov
Tağı Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası baxılmamış saxlanılıb

BAKI, 30 oktyabr — Sputnik. Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işində zərərçəkmiş qismində tanınan "Metropoliteyin"nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Şöbəsinin rəisi Tağı Əhmədovun mülki iddiası ilə bağlı qərar açıqanıb.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə T.Əhmədovun mülki iddiası baxılmamış saxlanılıb.

Xatırladaq ki, T.Əhmədov cinayət işində zərərçəkmiş qismində tanınıb. O, məhkəmədə 3 milyon manatlıq mülki iddia qaldırmışdı.

Hökmə əsasən, təqsirləndirilən A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il və O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0